Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

Razılaşma

Ziraat Bank Azərbaycan ASC

Baxışların sayı: 68

Elan #8297

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
25.05.2023
Bitmə tarixi
30.06.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
• Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
• Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
• Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
• Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
• Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
• Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək.
• Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək.

Namizədə tələblər

• Ali iqtisadi / maliyyə təhsili;
• Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
• Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
• Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
• Microsoft Excel (yüksək səviyyədə);

Göstərilən tələblərə cavab verən namizədlər 30.06.2023-cü il tarixinə qədər öz CV formalarını cv@ziraatbank.az / info@finstaff.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Məhsulların yaradılması qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

X