İş barədə məlumat
• Dünyada və ölkə daxlində baş verən iqtisadi, siyası və sosioloji prosesləri yaxından izləmək, gündəlik informativ hesabatlar hazırlmaq, riskləri ölçmək və proqnozlar vermək;
• Vəsaitlərin yerləşdirilməsi üçün yerli və xarici qiymətli kağızlar və pul bazarı üzrə imkanları analiz edərək mütamadi təkliflər planının hazırlanması
• Bank üçün gərəkli hallarda xarici maliyyə təşkilatları və investisiya fondlarından müxtəlif maliyyə alətləri (avrobond, borc kağızları, istiqraz və s.) vasitəsilə resursların cəlb edilməsinin səmərəliliyini təhlil etmək;
• Xəzinədarlığın idarə edilməsi metodikasındakı səmərəliliyin mütamadi artırılması üçün beynəlxalq təcrübənin araşdırılması və tətbiqi yollarının müzakirəyə çıxarılmasını təmin etmək;
• Yeni maliyyə alətlərin çıxarılması üzrə daima araşdırmalar aparmaq və məlumat vermək;
• Bazar alətlərinin və bank tariflərinin bank üçün faydalığını və gəlirliyini hasablamaq və müvafiq hesabatlar hazırlamaq;
• Stress testler və senariləri hazırlamaq;
• Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.