İş barədə məlumat
“Qarant Kredit” Lombard təşkilatı Bakı, Tovuz, Ağstafa, Masallı şəhərlərində yerləşən filialları üçün “Filial Meneceri” vakansiyası elan edir.
İş barədə məlumat:
-Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
-Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
-Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
-Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
-Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
-Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
-Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların,invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
-Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
-Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
-Əməkhaqqı 1000-2000 azn.