Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Daxili audit üzrə Qrup Rəhbəri

Razılaşma

PAŞA Management Company

Baxışların sayı: 140

Elan #7897

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
16.03.2023
Bitmə tarixi
10.04.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Audit
Alt kateqoriya
Daxili Audit

İş barədə məlumat

• Təsdiq olunmuş İllik audit planına əsasən audit layihələrinin və xüsusi audit layihələrinin həyata keçiririlməsinə rəhbərlik etmək;
• Audit layihələri üzrə komanda işini vaxt və keyfiyyət baxımından effektiv təşkil etmək;
• Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının müəyyənləşdirilməsini təmin etmək və icrasına nəzarət etmək;
• Audit layihəsi çərçivəsində audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.);
• Audit layihələri üzrə aşkarlanmış çatışmazlıqlara dair audit obyektlərinin struktur bölmə rəhbərləri ilə müzakirələr aparmaq;
• Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
• Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək.
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini keçirmək;
• Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək.
• Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
• Nəzarətində olan əməkdaşlara təlim keçmək və ya təşkil etmək.

Namizədə tələblər

• Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:
• İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
• Müvafiq audit sahəsi üzrə 4 ildən artıq iş təcrübəsi;
• CIA / CFSA / ACCA / CPA / CIMA / CFE / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;

Tələb olunan bacarıqlar:

• Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması;
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Təqdimat və yazı bacarığı;
• İdarəetmə, rəhbərlik bacarıqlarına sahib olmaq;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV-lər e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində Qrup Rəhbəri recruitment@pasha-management.az / info@finstaff.az qeyd olunmalıdır;
CV-lər 10 aprel, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.