Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş Auditor

Razılaşma

PAŞA Management Company

Baxışların sayı: 114

Elan #7894

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
16.03.2023
Bitmə tarixi
10.04.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Audit
Alt kateqoriya
Auditor

İş barədə məlumat

• Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək.
• Təsdiq olunmuş İllik audit planına əsasən audit layihələrinin və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
• Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak etmək;
• Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
• Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək.
• Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini keçirmək;
• İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;

Namizədə tələblər

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

• İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
• Müvafiq audit sahəsi üzrə 3 ildən artıq iş təcrübəsi;
• CIA / CFSA / ACCA / CPA / CIMA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək

Tələb olunan bacarıqlar:

• Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması;
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Təqdimat və yazı bacarığı;
• İdarəetmə, rəhbərlik bacarıqlarına sahib olmaq;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV-lər recruitment@pasha-management.az / info@finstaff.az e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində Baş Auditor qeyd olunmalıdır;
CV-lər 10 aprel, 2023-cü il tarixinə qədər göndərilməlidir.


Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.