Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə Direktoru

Razılaşma

VMF

Baxışların sayı: 111

Elan #7873

Şəhər
Bakı
Yaş
27 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
14.03.2023
Bitmə tarixi
14.04.2023
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

– Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət ;
– Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
– Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
– Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
– Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
– Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
– Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
– Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
– Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
– Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
– Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
– Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir.
– Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
– İş qrafiki həftəlik 6 gün
– Maaş razılaşma yolu ilə (maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )
– Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.


Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr.office@vmf.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

Namizədə tələblər

– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
– Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
– Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
– Komandada işləmə və düzgün idarəetmə bacarığı;
– Tələbetmə və yönləndirmə bacarığı;
– Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
– Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.