Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Büdcə və hesabatlılıq şöbəsinin rəisi

Razılaşma

MKT İstehsalat Kommersiya MMC

Baxışların sayı: 85

Elan #7860

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
10.03.2023
Bitmə tarixi
08.04.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
• Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak və prosesin koordinasiyanın təmin edir;
• Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlanmasını təmin edir;
• Maliyyə hesabatlarının illik kənar auditini koordinasiya edir və və yoxlama üçün hesabatların, açıqlamaların tərtib edir;
• Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir və nəticələr barədə rəhbərliyə hesabat verir;
• Şirkətin uçot siyasətinin hazırlanması və tətbiqində iştirak edir;
• Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verir;
• Şirkətin proqram təminatı üzrə çatışmazlıqların ortadan qaldırılması yönündə təkliflər verir;
• Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlığın təmin olunmasını təşkil edir.

Vakansiya haqqında əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
• İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).

Namizədə tələblər

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 4 illik iş təcrübəsi;
• Sertifikatlar arzuolunandır;
• MHBS üzrə biliklər;
• Yerli uçot qanunvericiliyi üzrə biliklər;
• Vergi qanunvericiliyi üzrə biliklər;
• Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
• Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
• MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər.


E-mail: hr@mktcotton.com / info@finstaff.az