Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib köməkçisi

700 AZN

Sirab ASC

Baxışların sayı: 586

Elan #7854

Şəhər
Bakı
Yaş
23 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
09.03.2023
Bitmə tarixi
09.04.2023
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@sirab.az
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib köməkçisi

İş barədə məlumat

• Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;
• Bank əməliyyatlarının həyata keçirilməsi;
• Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
• İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
• Hesabat sənədlərinin qeydiyyatını aparılması;
• Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
• Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
• Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi.

İş vaxtının norması:

• 5 günlük iş rejimi;
• İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

• 700 AZN;
• Yemək şirkət tərəfindən;
• Şirkət nömrəsi və danışıq paketi.
• İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Namizədə tələblər

• Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
• Komputer bilikləri: MS Office – Yaxşı;
• Dil bilikləri: Azərbaycan – Əla;
• Yaş həddi: 23 – 30;
• Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
• Riyazi biliklər və analitik düşünmə bacarığı;
• Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
• Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
• Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

• İşdə dəqiqlik və detallara diqqətlilik;
• Məsuliyyətlilik;
• Ünsiyyətlilik;
• Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

• Rus və ya ingilis dili biliyi;
• Mikro ERP və Günəş proqram bilikləri.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə Mühasib köməkçisi yazmaqla cv@sirab.az / info@finstaff.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.