Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risklərin idarəedilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Razılaşma

Yapi Kredi Bank

Baxışların sayı: 109

Elan #7845

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
07.03.2023
Bitmə tarixi
05.04.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Məlumat fayllarını hazırlayaraq və mövcud ECL modelini çalışdıraraq aylıq əsasda BMHS-a uyğun olaraq mümkün kredit zərərləri üçün ehtiyatların hesablanmasını təmin etmək.
• ECL model nəticələrinin və hesablanımş parametrlərinin (PD və LGD) düzgünlüyünü yoxlamaq.
• Yerli tənzimləyici standartlara uyğun olaraq kreditlər üzrə ehtiyatların hesablanması.
• Risk metodologiyalarının və kredit riski siyasətlərinin illik nəzərdən keçirilməsini və yenilənməsini təmin etmək.
• Stress-testlərin, modelin kalibrlənməsinin aparılmasında rəhbərliyə dəstək vermək.
• Rəhbərlik üçün müxtəlif müvafiq hesabatların hazırlanması.
• Hər hansı digər müvafiq tapşırıqların icrasında rəhbərliyə dəstək vermək.

Namizədə tələblər

• Maliyyə və əlaqəli sahələrdə ali təhsil;
• Risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
• Güclü analitik, problem həll etmə və ünsiyyət qurma bacarığı;
• BMHS 9 və gözlənilən zərər ehtiyatı haqqında yaxşı bilik;
• Yüksək səviyyədə Excel biliyi;
• R, Python və ya digər proqramlaşdırma alətləri üzrə biliklər arzuolunandır;
• FRM/PRM/CFA/ACCA kimi sertifikatın mövcudluğu arzuolunandır;


Necə müraciət etməli?

E-mail: hr@yapikredi.com.az / info@finstaff.az
CV-nizi email-ın mövzu hissəsində Risklərin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis qeyd etməklə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız qısa siyahıya alınmış namizədlər işə qəbul prosesinin sonrakı mərhələlərinə dəvət olunacaqlar.