• İctimai iaşə obyektində hazırlanan məhsulların hər birinin kalkulyasiyasının hesablanması;
• Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
• Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
• Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Əmək haqqı, məzuniyyətlərin hesablanması;
• Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: Çərşənbə axşamı – Bazar - 10:00-dan 19:00-dək;
• İstirahət: Bazar ertəsi;
• Şirkət tərəfindən naharla təmin olunma;
• Əmək haqqı – 1000-1100 AZN;
• Faktiki iş ünvanı: Buzovna qəsəbəsi; (Zəhmət olmasa CV-lərinizi göndərərkən nəzərə alın).
Namizədə tələblər
• İctimai iaşə sahəsi üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
• Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
• Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmək bacarığı olmalıdır;
• 1C 8.3 mühasibat proqramında işləmək bacarığı;
• Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin olması arzuolunandır;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Vakansiyada qeyd olunan tələblərə cavab verən namizədlərin CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək office@baa.az / info@finstaff.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.