İş barədə məlumat
• Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək ;
• Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi ;
• Kargüzarlıq qaydalarına əsasən şöbə əməkdaşları tərəfindən proseslərin yerinə yetirilməsinə nəzarət edilməsi ;
• Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək ;
• Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək ;
• Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi ;
• Bəyannamələrin hazırlanması və təqdim edilməsi ;
• Əsas vəsaitlərin, azqiymətlilərin uçotu və amortizasiyası ;
• Aylıq əmək haqqı hesablanması ;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
• Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
• Əmək haqqı : 1600 azn gross olacaq ;
• İş rejimi : 6 günlük saat 09:00-18:00 qədər .
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr.office@vmf.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .