İş barədə məlumat
• Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
• Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə müştərilərin hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və təsdiq üçün Filial/Şöbə rəhbərinə təqdim edir;
• Ödəniş tapşırıqlarını bank sistemində bank tərəfindən təyin edilmiş limitlər çərçivəsində təsdiq edir;
• Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açılmasının təsdiqi;
• Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
• Müştəri haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edilməsinə nəzarət (əlaqə nömrəsi, elektron ünvanı və s.);
• Bank tariflərinə uyğun olaraq müştərilərdən xidmət haqqı tutulmalara nəzarət edir;
• Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəncamların silinməsini (sistemə daxil edilməsini) yoxlayır;
• Əməliyyatlar üzrə sənədləşmənin aidiyyatı qovluqlara yerləşdirilməsini yoxlayıb tamlığına məsuliyyət daşıyır;
• Baş ofisin qeyri-kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
• Baş ofisin müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
• Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33;