İş barədə məlumat
• Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
• Debitor borclarının izlənməsi və təhlili;
• Hər ayın sonunda debitorlarla üzləşmələr aparmaq və üzləşmə aktlarını tərtib etmək;
• Rəhbərliyə debitor borclar haqqında hesabatları hazırlamaq;
• Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının 1C 8.3 proqram təminatında düzgün işlənilməsinə nəzarət;
• Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Digər gündəlik (invoys, qaimələrin yazılması, departamentlərə gündəlik məlumatların göndərilməsi) və aylıq debitor (müvafiq şöbələrlə hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
• Gündəlik təhvil-təslim aktlarının yoxlanılması və aktlara əsasən elektron qaimələrin tərtib olunması,hesab faktura və qiymət razılaşma protokolunun yazılması;
• Göndərilən elektron qaimələrin daimi olaraq nəzarətdə saxlanılması
Əlavə məlumat:
• Əmək haqqı; 700 – 800 AZN;
• AR qanunvericiliyinə əsasən sənədləşmə;
• Nahar şirkət tərəfindən təmin olunur;
• İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.