İş barədə məlumat
• Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
• Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmalarının aparılması;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
• İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
• Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
• Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
• Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
• Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
• Əmək müqaviləsi;
• Əmək haqqı 900-1000 Azn;
• İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər;
• İstirahət günü - həftədə 2 gün.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4. mkr, Mir Cəlal küçəsi, 36 D