İş barədə məlumat
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• Davamiyyətin uçotunu təşkil edir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu. Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
Şərtlər:
• İş yeri: Bakı şəh., Nərimanov ray., Təbriz 39/k (Təbriz evləri)
• 5 günlük iş həftəsi: Bazar ertəsi – Cümə: 09:00 -18:00
• Əmək haqqı müsahibə əsasında təyin ediləcək.