• Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
• 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
• Mal-materialların qəbulu, silinməsinin tam uçotu
• Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
• Debitor və kreditorlarla üzləşmələrin aparılması
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
• Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş şəraiti:
• İş qrafiki: 6 günlük iş qrafiki
• Əmək haqqı 1000 AZN
• Ərazi – Hacıqabul rayonu, Atbulaq k.
Namizədə tələblər
• İxtisas üzrə azı 1 il iş təcrübəsi;
• Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
• Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
• MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq;
• Komandada işləmək bacarığı;
E-mail: hr@bsc-group.az / info@finstaff.az
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə Mal-material üzrə mühasib yazaraq 14.02.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.