Namizədə tələblər
Təhsil və Təcrübə:
• Ali təhsil – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə.
• Təcrübə tələb olunmur.
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları.
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq.
Bacarıqlar:
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olma
• Analitik düşüncə qabiliyyəti
• Vaxtı idarəetmə bacarığı
• Komanda ilə iş bacarığı
Digər Bilik və Bacarıqlar:
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı
Qeyd:
Bu vəzifəni icra edən işçilər Satış prosesini stimullaşdırmaq məqsədi daşıyan xüsusi qiymətləndirməyə cəlb olunacaqlar.
İşçilər üçün vəzifə daxilində qəbul olunmuş vaxt çərçivəsində növbəti səviyyəyə yüksəlmə nəzərdə tutulub. (Əsas Fəaliyyət Göstəricilərinin nəticələrinə və qəbul olunmuş prosedura əsasən)
Bu yüksəlmə mexanizmi şirkət rəhbərliyi tərəfindən təşviq olunur.
Seçimlərdə növbəti addımlar:
E-mail: recruitment@fincaazerbaijan.com / info@finstaff.az
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, 16 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə FINCA Azerbaijan HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.