İş barədə məlumat
Yeni təsis edilmiş İT şirkətində 1C 8.3 üzərindən anbar fəaliyyətini həyata keçirmək. Şirkət İT avadanlıqların təmiri, icarəsi, ehtiyat hissələrinin satışı ilə məşğul olur və bütün əməliyyatlar 1C 8.3 ERP üzərindən icra olunur.
İşin əsas təsviri:
1C üzərində anbar əməliyyatlarını həyata keçirmək.
• 5 günlük iş həftəsi (9:00 - 18:00)
• Əmək müqaviləsi əsasında işə qəbul Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
• 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
• Mal-materialların qəbulu, silinməsinin tam uçotu
• Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
• Debitor və kreditorlarla üzləşmələrin aparılması
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
• Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş şəraiti:
• İş qrafiki: 6 günlük iş qrafiki
• Əmək haqqı 1000 AZN
• Ərazi – Hacıqabul rayonu, Atbulaq k.