Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş Mühasib köməkçisi

1500 AZN

Technoil MMC

Baxışların sayı: 1622

Elan #7465

Şəhər
Sumqayıt
Yaş
30 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
11.01.2023
Bitmə tarixi
11.02.2023
Əlaqədar şəxs
HR
Telefon
-
E-mail
hr@technol.az
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib köməkçisi

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
- Mal-materialların uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

Namizədə tələblər

- Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə);
- Ofis və 1C proqramlarında işləməyi bilməli;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş həddi: 30-40;
- İngilis və rus dili (arzuolunandır)

- İş yeri Sumqayıt şəhərində yerləşir bu səbəbdən Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq (təcrübədən asılı olaraq)
Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az / info@finstaff.az e-poçt ünvanına göndərəsiniz.