• Şirkətin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
• Bütün xidmət sahələrində audit nəzarəti və fəaliyyətini həyata keçirmək;
• Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
• Şirkətin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
• Müvafiq araşdırmalar aparmalı və uyğunsuzluqları kateqoriyalara ayıraraq hesabatlar hazırlamaq;
• Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Karyerada inkişaf imkanları.
Namizədə tələblər
• Ali təhsil;
• Yaş aralığı: 30- 50;
• Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür);
• B kateqoriyası sürücülük vəsiqəsi;
• Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
• Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
• Kompüter bilikləri: Microsoft Office üzrə biliklər;
• Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
Müraciət etmək istəyən namizədlər CV formalarını cv@166.az / info@finstaff.az mail ünvanına mövzu hissəsinə Audit qeyd edərək göndərə bilərlər.