Namizədə tələblər
• Yaş: 18-35;
• Təhsil: Ali;
• İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı;
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır);
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun;
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir;
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com / info@finstaff.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq Həyat sığortası idarəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.