İş barədə məlumat
• Fakültədə təlim-tədris işlərinə rəhbərlik etmək;
• Fakültənin tədris ilinə hazırlıq vəziyyətinə nəzarət etmək;
• Fakültədə fəaliyyət göstərən professor-müəllim və tələbə heyətinin iştirakı ilə fakültənin hədəflərini müəyyənləşdirmək;
• Tədrisin keyfiyyətinə nəzarəti təşkil etmək, kafedra müdirləri ilə birgə dərslərin dinlənilməsi və müzakirəsini həyata keçirmək;
• Tədris intizamına nəzarəti təşkil etmək;
• Müvafiq qaydalara uyğun olaraq Fakültə Elmi Şurasının iclaslarını təşkil etmək və ona rəhbərlik etmək;
• Tədris ili üzrə akademik qrupların və birləşmələrin bölgüsünü təmin etmək;
• Dərs (auditoriya və auditoriyadan kənar) və imtahan cədvəllərinin vaxtında və düzgün tərtib edilməsinə nəzarət etmək;
• Fənn jurnallarının vaxtında və düzgün doldurulmasına, mütəmadi olaraq yoxlanılmasına nəzarət etmək;
• Fakültədə tədris olunan fənlər üzrə kollokviumların müvafiq qaydalara uyğun olaraq keçirilməsinə nəzarət etmək;
• Tələbələrin dərsə davamiyyətinə nəzarət etmək;
• Tələbələri universitetdən xaric və universitetə bərpa edilməsi, müvafiq intizam tədbirinin tətbiq edilməsi ilə bağlı rektora təqdimatlar vermək;
• Tələbələrin imtahanlarının gedişinə nəzarət etmək;
• Tələbənin fərdi tədris planının, imtahan qiymət cədvəlinin, akademik transkriptlərin hazırlanmasına nəzarət etmək və onları təsdiq etmək (imzalamaq);
• Aidiyyəti üzrə tələbələrin yekun dövlət attestasiyasına buraxılmasına dair təqdimatla rektora müraciət etmək;
• Dekan müavini ilə birgə imtahan sessiyasının nəticələrinə dair hesabat hazırlamaq, müzakirədən keçirmək və təhlilini təşkil etmək;
• Tələbələrin istehsalat və diplomqabağı təcrübəsinin gedişatına nəzarət etmək;
• Aidiyyəti üzrə fakültə tələbələri, onların valideynləri ilə görüşün keçirilməsi, tələbələrin maarifləndirilməsini təmin etmək;
• Tələbələrin problemlərinin obyektiv həllini təmin etmək, fakültədə tələbələrlə bağlı dekanlığın həll edə bilməyəcəyi problem yarandıqda bu barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;
• Tələbələrin müqavilə öhdəliklərini vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• Tədris prosesinin proqram, dərslik, dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması istiqamətində kafedralarla birgə iş aparmaq, tədrisin keyfiyyətinin artırılmasına dair rəhbərliyə təkliflər vermək;
• Elm şöbəsi ilə əlaqəli şəkildə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə nəzarət etmək və layihələri koordinasiya etmək;
• Yay semestrinin qanunvericiliyə və universitet daxili qaydalarına uyğun təşkilinə nəzarət etmək;
• Fakültənin inkişafı ilə bağlı beynəlxalq təcrübəni araşdırmaq və bununla bağlı rəhbərliyə təkliflər vermək;
• Dekanlıqda fəaliyyət göstərən işçilərin əmək, icra və xidmət intizamına nəzarət etmək, onlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, inkişafı üçün şərait yaratmaq;
• Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
• Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.