Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əmək haqqı üzrə mühasib

Razılaşma

AGRO - WEST DC LLC

Baxışların sayı: 314

Elan #7265

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
25.11.2022
Bitmə tarixi
22.12.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökümət portalına işlənməsi;
• Vahid Rüblük Hesabatın hazırlanması və təqdim olunması;
• Satış üzrə bonusların hesablanması və ödənilməsi;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

İş şəraiti:

• İş qrafiki: Həftə içi 5 gün;
• İş saatı: 09:00-18:00;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
• Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Namizədə tələblər

• Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• MS Office proqramları (xüsusən Excel) üzrə biliklər;
• 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Komandada işləmə bacarığı


Maraqlanan namizədlər CV formalarını mövzu yerinə Əmək haqqı üzrə mühasib yazaraq hr@agrowestdc.az / info@finstaff.az mail ünvanına göndərə bilərlər.