Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)

Razılaşma

Azersun Holding

Baxışların sayı: 62

Elan #7260

Şəhər
Biləsuvar
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
24.11.2022
Bitmə tarixi
22.12.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
Kadr işləri üzrə mütəxəssis

İş barədə məlumat

• İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
• İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
• Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
• Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
• Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
• Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
• Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
• Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
• Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
• İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
• Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

İş şərtləri:

• Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:

• Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Namizədə tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
• MS Office proqramlarının mükəmməl biliyi;
• ƏMAS - Əmək və Məşğulluq altsistemi üzrə bilikləri;
• İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
• Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com / info@finstaff.az elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar) qeyd etməyiniz xahiş olunur.