Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Müştəri xidmətləri - əməliyyatçı (Bərdə)

Razılaşma

Ateshgah Sigorta

Baxışların sayı: 40

Elan #7257

Şəhər
Bərdə
Yaş
22 - 35 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
24.11.2022
Bitmə tarixi
20.12.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Sığorta
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Ofisə daxil olan müştərilərə sığorta məhsullarının təqdim edilməsi, satışı;
• Müqavilələrin hazırlanması;
• Sığorta hadisələri ilə bağlı sənədlərin qəbul edilməsi, müqavfiq olaraq yönlənləndirilməsi;
• Ciddi hesabat blanklarının qeydiyyatının aparılması;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək;

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Namizədə tələblər

• Yaş: 22-35
• Xanım namizədlər
• Təhsil: Ali
• İş təcrübəsi: sığorta, maliyyə, bank sahəsində təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)
• Microsoft Office (Word, Excel, Power Point proqramları)

Şəxsi keyfiyyətlər:

Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı


Məlumatlandırıcı qeydlər:

Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com / info@finstaff.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq Müştəri xidmətləri- əməliyyatçı (Bərdə) qeyd etmələri xahiş olunur

OXŞAR İŞ ELANLARI