Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit və bazar riskləri şöbəsinin rəisi

Razılaşma

Rabitəbank ASC

Baxışların sayı: 65

Elan #7218

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
16.11.2022
Bitmə tarixi
16.12.2022
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
• Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
• IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması və modelin daimi yenilənməsi.
• MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
• Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
• Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
• Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
• Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymtləndirən modellərin yenilənməsi;
• Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
• Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
• Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
• Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması.
• Əlaqə vasitələri:

• Telefon: (012) 598 44 88,
• Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
• e-mail: career@rabitabank.com

Namizədə tələblər

• Ali təhsil;
• Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
• Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
• Dəqiqlik, məsuliyyət və düzgünlük;
• Komandada işləmək bacarığı;
• Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
• MS Office proqramlarında (xüsusi ilə, Excel, SPSS) keyfiyyətli işləmək bacarığı;
• Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
• Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyini bilmək.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit və bazar riskləri şöbəsinin rəisi göstərməyiniz xahiş olunur.