Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin stajçı / kiçik mütəxəssisi

Razılaşma

Xalq Bank

Baxışların sayı: 135

Elan #7208

Şəhər
Bakı
Yaş
23 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
14.11.2022
Bitmə tarixi
14.12.2022
Əlaqədar şəxs
HR
Kateqoriya
Digər
Alt kateqoriya
Təcrübə Proqramı

İş barədə məlumat

• İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
• Şəhər: Bakı

İşi̇n Təsvi̇ri̇:

• Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
• Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
• Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
• Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
• Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
• Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
• Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Namizədə tələblər

• Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
• Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
• SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
• Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
• Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
• Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
• Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
• İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
• Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.

QEYD: Tələblərə uyğun olmayan və mail-da Mövzu qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

• E - mail: cv@xalqbank.az / info@finstaff.az
• Telefon: (012) 404 43 39
• Faks: (012) 404 43 34