Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib

1000 - 1500 AZN

AgrolandAz QSC

Baxışların sayı: 543

Elan #6542

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.06.2022
Bitmə tarixi
23.07.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
• Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının şirkətin təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
• Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
• Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
• Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir.
• Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə verilməsi işinin qanunauyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.
• Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik edir.
Əmək haqqı: 1000-1500

Namizədə tələblər

• Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
• Minimum 3 il iş təcrübəsi olmalıdır;
• Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
• 1 C 8.3, Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Rus və / və ya ingilis dilini bilməsi arzuolunandır;
• Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlər arzuolunandır.


E - mail : samedovafidan12@gmail.com / info@finstaff.az
Mövzu hissəsində Mühasib qeyd olunması zəruridir.

X