İş barədə məlumat
Hazırda Caspident MMC komandasına qoşulmaq üçün təcrübəli və bilikli baş mühasib axtarırıq. Baş mühasib 3 nəfərdən ibarət olan mühasibatlıq komandasına rəhbərlik edəcək.
Vəzifə öhdəlikləri:
Vergi DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək.
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.
Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək
Maliyyə hesabatlarının dəqiq hazırlanmasına nəzarət etmək və rəhbərliyə təqdim etmək
Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
Mühasibatlıq komandasının idarəolunması, debitorlarım və kreditorların zamanında hesabların təqdim olunması və köçürmələrə nəzarət
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00.
Mobil danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
Maaş namizədin bilik və istəklərinə uyğun.