Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resursları və hüquq şöbəsinə hüquqşünas / böyük hüquqşünas

Razılaşma

Xalq Həyat Sığorta

Baxışların sayı: 13

Elan #6535

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.06.2022
Bitmə tarixi
20.07.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
Kadr işləri üzrə mütəxəssis

İş barədə məlumat

İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək

Namizədə tələblər

Ali hüquq təhsili;
MS Office proqramlarında işləmək bacarığı;
Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).


Qeyd: CV-lər azərbaycan dilində, Xalq Həyat Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas qeyd olunmayan CV-lərə baxılmayacaq.
E-mail: hr@xalqhayat.az / info@finstaff.az

X