Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Razılaşma

Kapital Bank

Baxışların sayı: 22

Elan #5732

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.01.2022
Bitmə tarixi
14.02.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Əməliyyatçı

İş barədə məlumat

• Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
• Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
• Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
• Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
• Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
• Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.

Namizədə tələblər

• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 2 il iş təcrübəsi;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.


Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az / info@finstaff.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

X