Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əməliyyat riskləri üzrə mütəxəssis / aparıcı mütəxəssis

Razılaşma

Ziraat Bank Azərbaycan ASC

Baxışların sayı: 44

Elan #5727

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
14.01.2022
Bitmə tarixi
14.02.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Əməliyyatçı

İş barədə məlumat

• Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
• Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
• Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
• Stress-testlərin həyata keçirilməsi;
• Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Namizədə tələblər

• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Türk və ingilis dili bilikləri arzuolunandır;
• Bank sahəsində ən azı 3, Əməliyyat və ya risk sahəsində 2 illik iş təcrübəsi;
• FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.


Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az / info@finstaff.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Əməliyyat risləri qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

X