Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Razılaşma

MKT İstehsalat Kommersiya MMC

Baxışların sayı: 39

Elan #5718

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
13.01.2022
Bitmə tarixi
13.02.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
• Əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
• Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
• MKT İK MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlayır;
• Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaradır;
• Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Namizədə tələblər

• Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
• Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilik;
• Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
• Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarığı;
• Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük


• Əgər ölkənin lider pambıq istehsalçısı olan MKT İK MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi Risklərin idarə edilməsi üzrə mütəxəssis mövzusu ilə career@mktcotton.com / info@finstaff.az elektron ünvanına göndərə bilərsiniz.

• MKT İK MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

X