Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Təcrübə proqramı

Razılaşma

AFB Bank

Baxışların sayı: 123

Elan #5677

Şəhər
Bakı
Yaş
20 - 25 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
06.01.2022
Bitmə tarixi
06.02.2022
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@afb.az
Kateqoriya
Digər
Alt kateqoriya
Təcrübə Proqramı

İş barədə məlumat

Proqramın məqsədi - Bankda, xüsusən də müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi, bilikli, bacarıqlı və şəxsi qabiliyyətləri ilə seçilən təcrübəçilər arasından potensial işçilərin seçilməsi, işə qəbulu və inkişafının təmin etməkdir.

Proqramın faydaları:
• İşləyərək öyrənmək imkanı;
• Real iş mühiti ilə tanışlıq;
• Gələcəkdə Bankda karyera qurmaq imkanı;
• Təcrübə proqramında iştiraka dair Sertifikat;
• Güclü komandada işləmək;
• Təcrübə müddəti - 90 günədək;

Təcrübə vaxtı - həftədə 5 gün olmaqla tam iş günü (istisna sonuncu kurs tələbələri)

Namizədə tələblər

Proqrama kimlər qatıla bilər:
• Universitetin sonuncu kurs tələbələri;
• Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (İqtisadiyyat, Maliyyə, Riyaziyyat və dəqiq və texniki elmlər üzrə);
• Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
• Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı baza bilik və bacarıqlara sahib olmalıdır:
• MS Office proqramları ilə işləmək bacarığı;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzu olunandır);
• Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olmaq (xüsusilə, müştəri xidməti sahəsində təcrübə keçmək istəyənlər)
• Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Banka təqdim etməlidir:
• Şəxsiyyət vəsiqəsi;
• Sağlamlıq haqqında arayış;
• Tələbələr üçün universitetdən arayış (müraciət) və təcrübə keçmək üçün icazə kağızı;
• Məzunlar üçün diplonun surəti və ya universiteti bitirdiyinə dair arayış
• Mərhələlər:
• Namizədlər ilkin olaraq test imtahanına (İQ və/və ya psixoloji testlərə) cəlb edilir
• Növbəti mərhələdə təcrübəçilər Panel müsahibəyə dəvət edilir;
• Mərhələləri uğurla keçmiş namizədlər Proqrama qatılırlar;
• Təcrübəni uğurla başa vuranlara Bank tərəfindən xüsusi Sertifikat və Müsbət xasiyyətnamə verilir
• Təcrübə müddətindən sonra təcrübəçilər Bankın işçi ehtiyacı çərvivəsində işə götürülə və ya ehtiyat kadr bazasına daxil edilə bilər.
Təcrübə müddətindən sonra işə qəbul edilən şəxslər vəzifənin minimum pilləsinə təyin edilirlər

E-mail: cv@afb.az / info@finstaff.az

X