Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis / baş mütəxəssis

Razılaşma

Bank Respublika ASC

Baxışların sayı: 73

Elan #5066

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.09.2021
Bitmə tarixi
27.09.2021
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
• Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
• Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
• İngilis dilində sənədlərin hazırlanması;
• Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
• Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
• Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
• Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
• Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
• Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
• Azərbaycan və İngilis dili - əla (yazılı və şifahi), Rus dili yaxşı səviyyədə arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Məsuliyyətlik, operativlik;
• İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək HR@bankrespublika.az / info@finstaff.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

X