Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hesabatlıq üzrə mütəxəssis / aparıcı mütəxəssis

Razılaşma

Ziraat Bank Azərbaycan ASC

Baxışların sayı: 113

Elan #5061

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
13.09.2021
Bitmə tarixi
30.10.2021
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
• Baş ofis və filiallarda mühasibat uçotunun aparılması və yoxlanılması;
• Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;
• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası.

Namizədə tələblər

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Maliyyə sahəsində 3 ildən artıq iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
• Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi biliklər;
• Analitik düşünmə qabiliyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az / info@finstaff.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

X