Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) ( Şəmkir )

Razılaşma

International Bank of Azerbaijan Republic

Baxışların sayı: 55

Elan #505

Şəhər
Şəmkir
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
18.09.2019
Bitmə tarixi
18.10.2019
Əlaqədar şəxs
HR
Telefon
E-mail
cv@ibar.az
Kateqoriya
Bank
Alt kateqoriya
Əməliyyatçı

İş barədə məlumat

 Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
 Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
 Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
 Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
 Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
 Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
 Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
 Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Qeyd: Şəmkir və ya qonşu rayonlarda yaşayan namizədlərə üstünlük verilir, təcrübə tələb olunmur

Namizədə tələblər

 Ali iqtisadi təhsil;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
 Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
 Komandada işləmək bacarığı;
 Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 10 oktyabr 2019-cu il tarixinədək cv@ibar.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Əməliyyatçı/Şəmkir şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

X