Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan Resursları departamentinin direktoru

1500 - 2000 AZN

Para BOKT

Baxışların sayı: 117

Elan #4507

Şəhər
Bakı
Yaş
30 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
09.06.2021
Bitmə tarixi
04.07.2021
Əlaqədar şəxs
Jalə xanım
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
HR

İş barədə məlumat

- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək
- İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq
- Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək
- BOKT işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək
- İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək

İş şərtləri
- Həftədə 6 iş günü, 1 gün istirahət
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir

Namizədə tələblər

- İnsan Resursları Departamentinin Direktoru vəzifəsində minimum 5 il iş təcrübəsi olmalıdır
- Əvvəlki iş yerlərində minimum 500-600 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir
- Ali təhsil
- Yaş həddi: 30-45
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır
- Analitik təhlil qabiliyyətinə sahib olmalıdır
- Məsuliyyətli və diqqətli olmalıdır
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) İnsan Resursları Departamentinin Direktoru qeyd edərək jale.orucova@parabank.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

X