Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resursları üzrə mütəxəssis

500 - 700 AZN

Siyazan Broiler

Baxışların sayı: 129

Elan #4495

Şəhər
Bakı
Yaş
21 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
08.06.2021
Bitmə tarixi
08.07.2021
Əlaqədar şəxs
HR
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
HR

İş barədə məlumat

• İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
• İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılmasıvə məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
• Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.

İş şəraiti:

• İş qrafiki: 09:00-18:00
• Ünvan : Siyəzən rayonu ərazisi
• Əmək haqqı: 500-700 AZN
• Nahar və servis şirkət tərəfindən təmin olunur.

Namizədə tələblər

• Yaş: 21-35;
• Təhsil: Ali təhsil;
• Təcrübə: Minimum 1 il (İstehsalat təcrübəsi üstünlükdür);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
• Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
• Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
• Peşəkar ünsiyyət bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• İşində məsuliyyətli və dəqiq olmalı.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində İnsan resursları üzrə mütəxəssis qeyd edərək CV formasını cv@siyazanbroiler.com / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur.

X