Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əmək haqqı üzrə mühasib

800 - 1000 AZN

ATEF Şirkətlər Qrupu MMC

Baxışların sayı: 357

Elan #3914

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.02.2021
Bitmə tarixi
23.03.2021
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@atef.az
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

- İşçilərin aylıq əmək haqlarını hesablamaq
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi

Namizədə tələblər

Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Hesabatların auditini bacarmalı
- Analitik düşünmə qabiliyyəti olmalı
- Azərbaycan və rus dili bilikləri
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını Əmək haqqı üzrə mühasib Mövzu bölməsində göstərin.

X