İş barədə məlumat
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.