İş barədə məlumat
İşin Təsviri:
- Konsaltinq Şirkətinin müştərilərinin mühasibatlıqla bağlı bütün əməliyyatlarına (kadr işləri daxil deyil) nəzarət olunması, tələb olunan hesabatların hazırlanması
• Vergi və mühasibat uçotunun aparılması
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
• Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
• Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
• Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
• Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
• Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
• Bank və kassa ödənişlərinin həyata keçirilməsi
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı: 1000-1500 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişə bilər)