Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis / Baş mütəxəssis

Razılaşma

Kapital Bank

Baxışların sayı: 77

Elan #3282

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
15.10.2020
Bitmə tarixi
15.11.2020
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəsisi

İş barədə məlumat

• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
• Statistik modellərin hazırlanması.

Namizədə tələblər

• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s);
• Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində Kredit risklərinin idarə edilməsi şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis qeyd etməklə recruitment@kapitalbank.az / info@finstaff.az e-mail ünvanına göndərə bilərsiniz.

X