Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan Resurslarının idarəedilməsi departamentində Direktor

Razılaşma

Yelo Bank

Baxışların sayı: 75

Elan #3275

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
15.10.2020
Bitmə tarixi
15.11.2020
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@yelo.az
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
HR

İş barədə məlumat

Struktur: İnsan Resurslarının İdarəedilməsi Departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədri / İnkişaf idarəsi üzrə baş direktor
- İR idarə olunması üzrə ədalətli siyasət və sistemin işləyib hazırlamaq;
- Qanunvericiliyə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq əmək münasibətlərini idarə etmək;
- Bankın işəgötürən qismində təqdimatının təkmilləşdirilməsində işlər görmək;
- Tədris, inkişaf və ardıcıl planlaşdırma imkanlarından istifadə etməklə banka lazımi kadrların seçilməsinin təmin etmək;
- İşçi heyətinin idarə olunması ilə əlaqədar strateji və əməliyyat üzrə biznes məsləhətləri vermək;
- Müvafiq departamentlərlə birlikdə ədalətli və stimullaşdırıcı sistemlərin işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
- Əməkdaşların şəxsi inkişafına şərait yaradan iş səmərəliliyinin sistematik qiymətləndirilməsi prosedurlarının tətbiq olunmasında işlər görmək;
- Treninq tələbatlarının qiymətləndirilməsi və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunmasını təmin etmək;
- İnsan Resursları Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunmasını təmin etmək;
- Bankın dəyərlərinə uyğun korporativ mədəniyyətin formalaşması üzrə layihələr və tədbirlərin həyata keçirilməsini təmin etmək.

Namizədə tələblər

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi, bank sektoru üzrə təcrübə arzuolunandır;
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyi, Əmək məcəlləsini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyəti məsələləri üzrə normativ sənədləri bilməli;
- AR Əmək qanunvericiliyini bilməli;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarı üzrə yüksək biliklər;
- Mükəmməl Azərbaycan, Rus və İngilis dili bilikləri;
- İdarəetmə;
- Yüksək dərəcədə analitika qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
- İşçi heyətinin idarə olunması sisteminin bütün elementlərini bilmək, o cümlədən əməkdaşların seçilməsi, işə götürülməsi, təlimatlandırılması, şirkətin liderlik potensialının inkişafı və təşkilati strukturun yaradılması;
- İR proqramlarının / strukturlarının yaradılması və biznesin tələbatlarına uyğunlaşdırılması üzrə təcrübə;
- İnsan Resurlarının idarə edilməsi sahəsində beynəlxalq sertifikatın mövcudluğu (SPHR, GPHR və s.);
- Aşkar liderlik keyfiyyətləri, şəxsiyyətlərarası və ünsiyyət vərdişləri;
- Problemləri mükəmməl həll etmək bacarığı.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnsan Resurslarının idarəedilməsi departamentində Direktor vakansiyasını elan edirik.

Siz elektron poçtun mövzu yerinə HR_Direktor qeyd etməklə öz CV-lərinizi cv@yelo.az / info@finstaff.az ünvanına göndərə bilərlə

X