Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Xəzinədar

Razılaşma

Kredit Evi QSC

Baxışların sayı: 105

Elan #3271

Şəhər
Sumqayıt
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.10.2020
Bitmə tarixi
14.11.2020
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Xəzinədarlıq
Alt kateqoriya
Xəzinədar

İş barədə məlumat

Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
Müştərilərə xəzinə xidməti göstərilməsi.
Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Namizədə tələblər

Yaş həddi: 21-30 yaş
Cins: Qadın

Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
Nağd pulla intensiv işləmə bacarığı;
Gərgin iş qrafikində işləmək bacarığı;
Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqətlilik.
Müştərilərlə xoş ünsiyyət bacarığı

Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

X