Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi

Razılaşma

FINCA Azerbaijan LLC

Baxışların sayı: 65

Elan #2833

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
30.07.2020
Bitmə tarixi
15.08.2020
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəsisi

İş barədə məlumat

• Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
• Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
• Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
• Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
• Xarici mənbələrədən ( kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
• Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını bildirmək
• Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
• Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək

Namizədə tələblər

• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq;
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları;
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq;
• Güclü satış bacarığı;
• Satış xidmətləri sahəsində təcrübə;
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı;
• Kredit vermə və digər oxşar sahə üzrə təcrübə üstünlükdür;
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı;
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Avqust 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

X