Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İR üzrə mütəxəssis

Razılaşma

Azertexnolayn LLC

Baxışların sayı: 51

Elan #2819

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
29.07.2020
Bitmə tarixi
29.08.2020
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
HR

İş barədə məlumat

 İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
 Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
 Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
 İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
 İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
 İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
 İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
 Peşələr üzrə vəzifə təlimatmatlarının yazılması;
 Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
 Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
 Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
 İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
 Şəxsi işlərin arxivləşməsini aparır;
 Sənədlərin operativ qeydiyyatını aparır;
 Sahə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
 Müəyyən olunmuş hesabatları tərtib edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Təminatlar:

 Nahar və servis şirkət tərəfindən verilir;
 Korporativ nömrə ilə təmin edilmə;
 İş qrafiki 08:00-dan 17:00-a dək (həftə içi 5 gün)
 Şənbə və bazar istirahət

Namizədə tələblər

 İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi olmalı
 İnsan Resursları sahəsi üzrə ali təhsil
 Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
 Dil bilikləri: Rus dili yüksək səviyyədə
 Yaş: 23-35;
 Müsahibə metodları,testləşdirmə və kadr seçimi politikasından anlayışın olması;
 Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
 Kollektivlə işləmə bacarığı;
 Araşdırma qabiliyyəti yüksək olmalı;

Bilməlidir:

 Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
 Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
 Əsasnamə, təlimat və digər rəhbər sənədləri, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini;
 İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi və çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi, kadr hərəkətinin qeydiyyat qaydasını və əmək intizamının vəziyyəti haqqında hesabatın tərtibini;
 Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu;
 Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını;
 Əməyin təşkilinin əsaslarını;
 Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “IR üzrə mütəxəssis başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com / info@finstaff.az ünvanına göndərmələri xahiş olunur

X