Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə şöbəsinin mühasibi

Razılaşma

AIR Group

Baxışların sayı: 129

Elan #1924

Şəhər
Bakı
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
14.02.2020
Bitmə tarixi
14.03.2020
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
- 1C proqramları ilə işləmək bacarığı
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
- Vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı

Əlavə məlumatlar:

• Maaş: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Namizədə tələblər

• Təhsil: - Maliyyə təhsili üzrə ali təhsil
• Təcrübə: minimum 5 il;

Şəxsi keyfiyyətlər:

- Ünsiyyət qurma bacarığı olmalı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- MS Office proqramlarını mükəmməl bilməli;

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində Maliyyə şöbəsinin mühasibi yazmaqla hr@airgroup.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər

X