İş barədə məlumat
Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak və sədrlik edir;
Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;
Filialın Mikrokreditlər bölməsində yaranmış problemlərin qısa müddət ərzində həll edilməsi prosesini koordinasiya edir;
Etibarnamə əsasında müəyyən edilmiş məbləğ çərçivəsində Mikrokredit müqavilələrini,girov və ipoteka müqavilələrini həmçinin qeyd edilən müqavilələrin əlavələrini imzalayır.
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.