Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi (Data analitika üzrə)

Razılaşma
Xalq Bank

Baxışların sayı: 60

Elan #17202

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
09.04.2026
Bitmə tarixi
07.05.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Analitik

İş barədə məlumat

• Bank xidmət və məhsullar üzrə performans metriklərinin (ROI, istifadə göstəriciləri və s.) izlənilməsi və dövri analitik hesabatların hazırlanması;
• Bazar, müştəri və digər data əsasında məhsulun təkmilləşdirilməsi üzrə analitik təkliflərin hazırlanması və biznes-case-lərin formalaşdırılması;
• Alternativ xidmət kanallarının (terminal şəbəkəsi, məsafədən və rəqəmsal bankçılıq xidmətləri) səmərəliliyinin analitik təhlili;
• Bank fəaliyyətinin müxtəlif sahələrinə dair analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Bankın əməliyyat tariflərində nəzərdə tutulan dəyişikliklərin iqtisadi təhlili və nəticələrin hesabatlı şəkildə təqdim olunması.

Namizədə tələblər

• Magistr təhsili;
• Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
• Hesabatlılıq və təqdimat bacarıqları;
• MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı, Oracle SQL üzrə baza bilikləri;
• Tableau və ya Power BI üzrə data vizuallaşdırma bacarıqları;
• Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
• İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
• Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Təcrübə 3-4 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Magistr

E-mail:cv@xalqbank.az / info@finstaff.az